"Mançester Yunayted" əsas oyunçularından biri olan mərkəz hücumçusu Rasmus Heylannı satışa çıxarmaq niyyətindədir.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, onu satmaq imkanı bu yay açılacaq. Futbolçu oyunu ilə baş məşqçidə yaxşı təəssürat yarada bilmədiyinə görə satılacaq.
Heylanna kimin maraq göstərdiyi barədə heç bir məlumat yoxdur. Eyni zamanda “qırmızı şeytanlar”ın “Napoli”də çıxış edən Osimeni də almaq istədiyi məlumdur. Beləliklə, dəyişiklik göz qabağındadır.
Bundan əlavə, danimarkalı özü əvvəllər komandanın oyun zamanı onunla yaxşı münasibət qurmaması ilə bağlı açıqlamalar paylaşıb.