ABŞ-da sevgilisini qətlə yetirdiyinə görə həbs cəzası çəkən qız öz vəkilinə hücum edib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, həbsdə olan 27 yaşlı Teylor Şabiznes həbsxana gözətçisinə hücum etdiyi üçün məhkəməyə çıxarılıb. Bu zaman qadın öz vəkilinə də hücum edib. Beş məhkəmə əməkdaşı qızın qarşısını almaqda çətinlik çəkib. Vəkil xəsarət almayıb.
Qeyd olunur ki, 2022-ci ildə Şabiznes sevgilisini cinsi əlaqə zamanı it yaxalığı ilə boğub. Əvvəlcə başını kəsib, sonra da cinsiyyət orqanını kəsib. Daha sonra qalıqları parçalayıb, ayağını sinəsində gizlədib.
Qıza ömürlük həbs cəzası verilib.