Hacıbala Abutalıbov “Sahil bağı”nda
Bakı meri Lent.az-ın əməkdaşının suallarını cavablandırmaqdan imtina edib
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxtın “Sahil bağı”ndadır. Mer “26 Bakı Komissarları”nın abidəsi yerində qurulan fəvvarənin tikintisi vəziyyəti ilə maraqlanır.
Lent.az-ın əməkdaşı fürsətdən istifadə edərək, Bakı merinə bir neçə sual ünvanlamaq istəyib. Lakin Hacıbala Abutalıbov mətbuata açıqlama verməkdən imtina edib: “Mənim jurnalistlərə deyiləsi sözüm yoxdur. Görürsünüz ki, parkda aparılan tikinti işləri ilə tanış olmaq üçün gəlmişəm, öz işimlə məşğulam. Xahiş edirəm, siz də gedin işinizlə məşğul olun”.
İşimizin həm də parkda aparılan yenidənqurma işləri barədə müvafiq qurumların rəhbərlərindən məlumat almaq olduğunu xatırlatmağımız Hacıbala müəllimin xoşuna gəlmədi. O, etiraz əlaməti olaraq, üzünü çevirib oradan uzaqlaşmaq istəsə də, suallarımıza cavab almaqda israr etdik. Ancaq mer daha israrlı idi və o, işçilərinin köməyi ilə bizi oradan uzaqlaşdırdı.
Xatırladaq ki, “Sahil bağı”nda yenidənqurma işlərinə “26 Bakı Komissarları”nın abidəsi söküldükdən sonra başlanıb. Bakı komissarlarının dəfn olunduğu yerdə indi böyük fəvvarə kompleksi tikilir. Fəhlələrin dediyinə görə, tikinti işləri yekunlaşdıqdan sonra burada 2 fəvvarə olacaq. Parkda həmçinin yaşıl ot örtüyünün salınması da planlaşdırılıb. Əsaslı təmirdən sonra müasir görkəmə gətiriləcək parkda yenidənqurma işləri mayın ayında başa çatdırılacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Bakıda GÖRÜLMƏMİŞ QƏZA: "Bolt" belə uçdu - HADİSƏ ANI - YENİLƏNİB
10 aprel 2025 , 16:42Şərurda 35 yaşlı kişi FACİƏLİ şəkildə öldü
10 aprel 2025 , 16:40
Aviaşirkətdə ŞOK hadisə: pilotlar siyasətçiyə görə dava etdilər
10 aprel 2025 , 16:19
Nardaranda bağ evlərindən 150 minlik OĞURLUQ - VİDEO
10 aprel 2025 , 15:51
Oğuzda qadın sürücü maşını aşırdı, 4 yaralı var
10 aprel 2025 , 14:56
Nazim Quliyevə HÖKM OXUNDU
10 aprel 2025 , 13:26Balakəndən TƏHLÜKƏLİ GÖRÜNTÜLƏR: polisə tabe olmayan "avtoş" belə qaçdı
10 aprel 2025 , 11:31