Rus qızla türk oğlanın yalanı 4 azərbaycanlının başında çatladı
29 aprel 2010 15:00 (UTC +04:00)

Rus qızla türk oğlanın yalanı 4 azərbaycanlının başında çatladı

Türkiyə və Rusiya hüquq-mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində maraqlı bir işin üstü açılıb.

Lent.az-ın Doğan Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, sevgilisiylə anlaşaraq atasından pul qoparmaq istəyən Tatyana F.-in yalanı üzə çıxıb. Sevgililərin hər ikisi həbs olunub. Belə ki, Moskvada yaşayan Valerin F. bu il aprelin 10-da Rusiya milisinə şikayət edib. O, tətil üçün Antalyaya gedən qızı Tatyananın qaçırıldığını və telefonla zəng vuran adamın qızını buraxması üçün 70 min dollar istədiyini bildirib.

Bundan sonra rus milisi hadisə barədə ‘İnterpol”a, “İnterpol” isə Türkiyə polisinə məlumat verib. 10 gün sonra Türkiyə və Rusiya hüquq-mühafizə orqanları “İnterpol”la birgə Tatyana F.-i xilas etmək üçün əməliyyat hazırlayıb.

Əməliyyatçılar əvvəlcə Valerin F.-dən qızını girov götürən şəxslər zəng vurarkən, onlarla mümkün qədər çox danışmasını istəyib. Ata deyilənlərə əməl edib. Texniki işçilərin araşdırması nəticəsində Valerin F.-ə İstanbuldakı bir avtomat telefondan zəng edildiyi məlum olub. Bundan sonra İstanbul polisi girovu qurtarmaqdan ötrü hərəkətə keçib. Həmin vaxt Valentin F. ilə danışan şəxs qızının əvəzində ondan 70 min dollar tələb etdiyini açıqlayıb. Əməliyyatçıların istəyilə Valentin F. həmin məbləği ödəməyə razı olduğunu bildirərək, pulu almaq üçün gələn 4 nəfərlə görüşüb.

Görüş isə Moskvada olub. Sən demə, pulu almağa 4 nəfər gəlibmiş, özü də hamısı azərbaycanlı olub. Həmin şəxslərin 4-ü rus milisi tərəfindən tutulub. Bunu öyrənən saxta girovçu olan 35 yaşlı Cəfər S. Tatyana F. ilə birlikdə Rusiyaya getmək üçün təyyarəyə minərkən polis tərəfindən yaxalanıblar. Cütlük puldan ötrü girov yalanı uydurduğunu bildirib.
Tatyana F. ifadəsində “təqaüdçü atamda pul olduğunu bilirdim, adi vaxtlarda istəyəndə vermirdi. 4 ildir, Antalyaya tətilə gedib-gəlirəm və sevgilim Cəfər S. ilə birlikdə oluram. Atamdan pul qoparmaq ideyasını da elə Cəfərlə birlikdə fikirləşdik. Düşündük ki, atam pulu verər, məsələ bitər. Daha belə olacağı heç ağlımıza gəlməmişdi” deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 415

Oxşar yazılar