Tarixdə bu gün
26 avqust 2010 00:20 (UTC +04:00)

Tarixdə bu gün

1071. Səlcuq hökmdarı Alp Arslanın başçılıq etdiyi ordu Bizans qoşununu məğlub edərək, Malazgirt döyüşündə qələbə qazanıb

1728. Rus səyyah Vitus Berinq sonradan onun şərəfinə adlanacaq boğazı kəşf edib

1742. Fransız kimyaçı Antuan Lavuazye anadan olub

1770. Rus kəndlilərinin “kartof üsyanı” başlayıb

1789. Sərkərdə, dövlət xadimi Abbas Mirzə Qacar anadan olub

1789. İnsan və vətəndaş hüquqları Bəyannaməsi qəbul edilib

1847. Liberiya müstəqilliyini elan edib

1918. Azərbaycan Demokratik Respublikası və Osmanlı orduları ilə Böyük Britaniya və Bakı kommunasının silahlı qüvvələri arasında Bakı uğrunda vuruşlar başlayıb

1920. ABŞ konstitusiyasına edilən dəyişikliklə qadınlar seçki hüququ əldə edib

1920. Azərbaycan İnqilab Komitəsi taxıl inhisarı barədə dekret verib

1921. Azərbaycan SSR XKS konservatoriyanın təşkili barədə dekret verib

1936. Misir müstəqillik əldə edib

1938. General Cəmşid Naxçıvanski vəfat edib

1947. Millət vəkili Fəzail Ağamalı anadan olub

1949. Şeyxülislam Hacı Allahşükür Paşazadə anadan olub

1964. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva anadan olub

2008. Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb

Günün aforizmi:

“Bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar. Onların şüurları və vicdanları var və bir-birlərinə münasibətdə qardaşlıq ruhunda davranmalıdırlar”.

İnsan və Vətəndaş hüquqları Bəyannaməsinin I maddəsi
# 695

Oxşar yazılar