Baş Prokurorluq: Bakıda xəstəxanada korrupsiya faktları aşkarlanıb
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Lent.az-a verdiyi məlumata görə, 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən xəstəxana cari ilin yanvar ayından əsaslı təmirə bağlanmasına baxmayaraq, faktiki olaraq, fəaliyyət göstərməyən stasionar şöbələrin 6 işçisinə qanunsuz olaraq 1873 manat məbləğində büdcə vəsaiti ödənilib.
Bundan başqa, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Müalicə-profilaktika müəssisələrində bir xəstə üçün orta sutkalıq ərzaq normaları”nda müxtəlif adda qida məhsullarının verilməsi nəzərdə tutulmadığı halda həmin normaların tələblərinə əməl edilməyərək 6 min 632 manat dəyərində normadan artıq ərzaq məhsulları məxaric edilib.
Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar yazılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar
7 iyul 2025 , 12:47
Heyvanxananın keçmiş direktorunun meyiti çaydan tapıldı
7 iyul 2025 , 12:11
Bakıda 2 yaşlı uşaq siçan dərmanından zəhərləndi
7 iyul 2025 , 11:12
Xaricdə yaşayan bloger İmaməddin Əlimanovun məhkəməsi BAŞLADI
7 iyul 2025 , 10:45
Bakıda minik maşını yük avtomobili ilə toqquşdu, ölən var
7 iyul 2025 , 10:43
Göyçayda kişi həyətdə yıxılıb öldü
7 iyul 2025 , 09:24
Şərurun kəndlərinə sel gəldi-VİDEO
6 iyul 2025 , 17:53