Suraxanıda xüsusi əməliyyat: 5 ildir axtarılan şəxs tutuldu
Bakıda polis ötən gecə xüsusi əməliyyat keçirib. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən (RPİ) bildirilib.
Məlumata görə, Suraxanı RPİ əməkdaşları 30-cu Polis Bölməsinin inzibati ərazisində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı narkotik vasitələrin qanunsuz istehsalı ilə məşğul olan Hövsan qəsəbə sakini, 2008-ci ildən axtarışda olan İsgəndər Nuru oğlu Səfərov saxlanılıb.
Onun yaşadığı evdən 250 qutu marixuana, əlavə olaraq 20 kiloqram narkotik vasitə və narkotik bitkilərin becərilməsi üçün lazım olan xüsusi vasitələr aşkar edilərək götürülüb. Hazırda polis ifşa olunan şəbəkədə narkotik vasitələrin istehsalı ilə məşğul olan digər şəxslərin olub-olmadığını araşdırır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Oxşar yazılar

Bakıda kanaldan qadın meyiti tapıldı - YENİLƏNİB
7 iyul 2025 , 15:45
200 dəfədən çox binaya çıxdı, yenə pul verib düşürtdülər
7 iyul 2025 , 15:24
Almaniyada azərbaycanlı həkimin MEYİTİ TAPILDI
7 iyul 2025 , 14:22
Prokurordan Dubaydan qızıl gətirən gömrükçülərin cəzasına ETİRAZ
7 iyul 2025 , 14:17
İşğaldan əvvəl zəng vurub deyirdilər çıxın gedin, Qarabağ Ermənistana birləşdirilməlidir - Kərkicahan sakini
7 iyul 2025 , 14:14
Salyanda 3 yaşlı qız sirkə turşusu içdi
7 iyul 2025 , 13:55
ABŞ səhiyyəsinə 137 milyon dollarlıq zərbə vuran azərbaycanlı TUTULDU
7 iyul 2025 , 13:40