Azərbaycan sərhədi yaxınlığında etiraz aksiyası
Gürcüstanın Kaxeti bölgəsindəki Dedoplistskaro rayonunun Samtaskaro kənd əhalisi etiraz aksiyası keçirib. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı Muğanlı körpüsünün açılmasını tələb ediblər. Sakinlər bu tələblə Gürcüstan sərhəd nəzarət buraxılış məntəqəsi yaxınlığında aksiyası keçiriblər.
Məlumata görə, həmin körpü 4 ildir ki, bağlanıb. Kənd sakinləri bildiriblər ki, buradan qaçaqmalçılıq yolu ilə mallar keçirildiyi səbəbi əsas gətirilərək körpü bağlanılıb. “Həmin körpüyə sərhəd polisi nəzarət edir. Bizə avtomobil ilə Azərbaycana getmək qadağan edilib, yalnız piyada sərhədi keçə bilirik.
Biz Azərbaycandakı qohumlarımızla görüşə bilmirik. Piyada 7 km getmək məcburiyyətindəyik. Bu ərazidə heç bir nəqliyyat vasitəsi yoxdur. Biz yalnız Laqodexi tərəfdən maşınla Azərbaycan tərəfə keçə bilirik, bu isə böyük xərc tələb edir,” deyə aksiya iştirakçısı Sandro Xiladze bildirib.
Məlumata görə, hadisə barədə Gürcüstan parlamentinin deputatı Lekso Tamazaşvili də xəbər tutub. O, bildirib ki, qaldırılan məsələ barədə parlamentə məlumat verəcək.

Oxşar yazılar

Laçında meşə yanır-VİDEO
16 iyul 2025 , 22:05
Zaqatala sakininin meyiti tapıldı
16 iyul 2025 , 22:01
İlqar İsmayılov azadlığa buraxıldı
16 iyul 2025 , 21:29
Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlu 2 aylıq həbs olundu - YENİLƏNİB
16 iyul 2025 , 19:43
Xırdalanda evdən kişi meyiti tapıldı
16 iyul 2025 , 19:33
Oğrular deputatın 300 min avroluq saatını qolundan qoparıb qaçdılar - VİDEO
16 iyul 2025 , 19:07
Məhkəmədən həbsdəki vəkil Adəm Məmmədov və qardaşı barəsində QƏRAR
16 iyul 2025 , 18:49