Bakıda partlayıcı qurğu hazırlayan şəxs tutulub - TƏFƏRRÜAT
Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, paytaxtın Xəzər rayonunda, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yaşayan Maqantayev Nəsməddin Erzimanoviçin evində əməliyyat məlumatı əsasında axtarış aparılıb. Axtarış zamanı 1985-ci il təvəllüdlü N.Maqantayevin evindən kustar üsulla hazırlanmış plastik partlayıcı qurğu və digər maddi sübutlar götürülüb. N.Maqantayev saxlanılıb.
Lent.az-ın əldə etdiyi digər məlumata görə, N.Maqantayevin ailəsində problemlər olub. Bu səbəbdən də onun qaynı ilə münasibətləri pozulub. Nəticədə 27 yaşlı oğlanın qaynı Yaşar Əliyev xüsusi xidmət orqanlarına N.Maqantayevin evində partlayıcı qurğu hazırladığı barədə məlumat verib.
Əldə etdiyimiz məlumata görə, N.Maqantayev balıqçıdır və partlayıcıdan balıq tutarkən istifadə edir. O, həyat yoldaşından ayrıldıqdan sonra qaynını özü ilə balıq tutmağa aparmayıb və bu səbəbdən də münasibətlər pozulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 229.1 (qanunsuz olaraq partlayıcı qurğu hazırlama) maddəsi ilə cinayət işi başlanıb. Əməliyyat tədbirləri davam etdirilir.
Nizam RZA

Oxşar yazılar

Laçında meşə yanır-VİDEO
16 iyul 2025 , 22:05
Zaqatala sakininin meyiti tapıldı
16 iyul 2025 , 22:01
İlqar İsmayılov azadlığa buraxıldı
16 iyul 2025 , 21:29
Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlu 2 aylıq həbs olundu - YENİLƏNİB
16 iyul 2025 , 19:43
Xırdalanda evdən kişi meyiti tapıldı
16 iyul 2025 , 19:33
Oğrular deputatın 300 min avroluq saatını qolundan qoparıb qaçdılar - VİDEO
16 iyul 2025 , 19:07
Məhkəmədən həbsdəki vəkil Adəm Məmmədov və qardaşı barəsində QƏRAR
16 iyul 2025 , 18:49