Bakıda sabiq sədr baş müstəntiqi niyə güllələmək istədi - TƏFƏRRÜAT
Noyabrın 14-də Bakı şəhərinin Yasamal rayonu ərazisində prokurorluq əməkdaşına edilmiş silahlı hücumun bəzi təfərrüatları məlum olub. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Səbail Rayon Prokurorluğunun böyük müstəntiqi Əliyev Allahyar Səftər oğlu noyabrın 14-ü saat 16:30 radələrində müvafiq əmr əsasında “Karlar Cəmiyyəti” İctimai Birliyinin Şərifzadə küçəsi 3 ünvanında yerləşən 1 saylı şöbəsinə gəlib. Burada o “vəzifə səlahiyyətlərindən sui-istifadə” faktı əsasında başlanmış araşdırmalara uyğun olaraq, istintaq hərəkətləri həyata keçirib və bununla bağlı protokol tərtib edilib. Protokol imzalanmaq üçün cəmiyyətin sabiq sədri, 1953-cü il təvəllüdlü Məmmədov Ayaz Həsənağa oğluna təqdim edilib. Lakin A.Məmmədov sənədi imzalamaqdan imtina edib və baş müstəntiqlə mübahisə etməyə başlayıb. Əsəblərinə hakim ola bilməyən sabiq sədr üzərində qanunsuz olaraq gəzdirdiyi "Brauninq" markalı tapançanı çıxarıb və atəş açmağa çalışıb. Hadisə vaxtı orada olan cəmiyyətin hazırkı sədri Tapdıq Xalıqov və digərləri A.Məmmədovu tutaraq onu sakitləşdirməyə, silahı almağa çalışıblar. Bu zaman atəş açılıb, güllə xoşbəxtlikdən binanın döşəməsinə tuş gəlib.
A.Məmmədov tutularaq istintaqa təhvil verilib. Ondan "Brauninq" markalı tapança, patronlar, işlənmiş giliz götürülüb.
Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.1 (Qanunsuz olaraq odlu silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə iş başlanılıb. Araşdırma aparılır.
***
15 Noyabr 2012 11:13
Noyabrın 14-də Azərbaycan Karlar Cəmiyyətinin Bakının Yasamal rayonunda yerləşən ofisində silahlı insident baş verib. Lent.az-ın məlumatına görə, Səbail Rayon Prokurorluğunun müstəntiqi Allahyar Əliyev prokurorluqda istintaq olunan cinayət işi üzrə protokol yazmaq məqsədi ilə cəmiyyətin binasına gəlib. Burada prokurorluğun müstəntiqi ilə Azərbaycan Karlar Cəmiyyətinin sabiq direktoru, 1953-cü il təvəllüdlü Məmmədov Ayaz Həsən oğlu arasında mübahisə yaranıb. Mübahisə sonradan daha da böyüyüb və A. Məmmədov qanunsuz gəzdirdiyi 22-41 markalı tapança ilə müstəntiqi nişan alıb. 59 yaşlı sabiq cəmiyyət sədri atəş açmaq istəsə də, tapança açılmayıb.
A.Məmmədov saxlanılıb. Ondan silah götürülüb. Faktla əlaqədar araşdırmalar davam etdirilir.
Nizam RZA

7359