Siyəzəndə qəza: 2 polis yaralandı
06 oktyabr 2012 00:42 (UTC +04:00)

Siyəzəndə qəza: 2 polis yaralandı

Siyəzən Qalaaltı yolunda yol nəqliyyat hadisəsi baş verib. İçərisində Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları olan “Vaz 2107” markalı nəqliyyat vasitəsi əks istiqamətdə hərəkət edən “Niva” markalı avtomobillə toqquşub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar Siyəzən Regional Müalicə Diaqnostika mərkəzinə yerləşdirilib.

Onlar Siyəzən rayon sakinləri,33 yaşlı Qorxmaz Sultanov, 49 yaşlı Məhərrəm Mirzəyev və 26 yaşlı Quba rayon sakini Əmir Sədullayevdir.

Qəzaya düşən Q.Sultanov Siyəzən Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, M.Mirzəyev isə polis nəfəridir.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1628

Oxşar yazılar