UEFA stadionlarımızı təftiş etməyə başladı
17 avqust 2012 12:06 (UTC +04:00)

UEFA stadionlarımızı təftiş etməyə başladı

UEFA-nın Stadion ve Təhlükəsizlik Komitəsinin üzvü Jan-Fransua Kruk Bakıda səfərdədir. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər proqramı çərçivəsində UEFA nümayəndəsi Tofiq Bəhramov adına Respublika, eləcə də Bayıl və 8-ci km qəsəbələrində inşa olunan stadionların təftişini aparacaq.

Sonda baxış keçirilmiş stadionlara UEFA tərəfindən kateqoriyalar veriləcək.

Qeyd edək ki, Bayıl və 8-ci km stadionlarını AFFA inşa edib. Tofiq Bəhramov adına Respublika stadionunun isə yeni təmir olunduqdan sonra açılış mərasimi keçirilib.
# 1125

Oxşar yazılar