Ucuz qiymətə   ala biləcəyiniz 4 “iPhone” MODELİ
17 may 2024 18:22 (UTC +04:00)

Ucuz qiymətə ala biləcəyiniz 4 “iPhone” MODELİ

Köhnəlmiş “iPhone”lar hələ də güclü prosessor, əla kamera təklif edir və hələ də ən son iOS-a yeniləmələr alır.

Lent.az xəbər verir ki, beş il əvvəl buraxılmış “iPhone”lar hələ də 2024-cü il üçün də yaxşı seçimdir. 

Bu gün bazarda alına biləcək ən ucuz “iPhone”ları sizin üçün topladıq. Əlbəttə, onlar ən son çiplərə və ya qabaqcıl xüsusiyyətlərə malik deyillər. Ancaq aşağı büdcə üçün yaxşı keyfiyyət təklif edirlər. Onları təqdim edirik:

“iPhone 11” tarixin ən yaxşı “iPhone”larından biridir. Dairəvi dizayn bir az köhnəlmiş ola bilər. Ancaq indiki “iPhone”ların boks dizaynını sevməyənlərin əlində tutmaq daha asandır. Qurğu hələ də güclü prosessor, əla kamera və parlaq 6,1 düymlük ekran təklif edir. Ekranın iPS olduğunu nəzərə alsaq, batareyanın yükü cüzidir.

“iPhone 12” keyfiyyətcə “iPhone 11”in davamı idi. Onlar demək olar ki, eyni dizaynda və təxminən eyni xüsusiyyətlərə malikdir. Yeganə mənfi cəhəti odur ki, bu gün onu yeni vəziyyətdə tapmaq çətindir.

“iPhone 13 Mini” “iPhone 13”ün tam surətidir, lakin kompakt formatdadır. Onun ekranı cəmi 5,4 düymdür, yəni əlinizə rahat oturur və hələ də istənilən cibinizə rahatlıqla sığar. Telefon yığcam ölçüsünə baxmayaraq, güclü A15 Bionic prosessoru ilə təchiz olunub, 12+12 meqapiksellik kamera yüksək keyfiyyətli şəkillər çəkir və oyunlar rahat oynanılır.

“iPhone SE” (2022)  ən ucuz cari “iPhone”dur, yenisi 429 dollara satılır. “iPhone 8”dən köhnə dizaynına baxmayaraq, o, “iPhone 13”də olan “Apple”ın A15 Bionic prosessoru ilə təchiz edilib. Bu o deməkdir ki, telefonu bir neçə illik ehtiyatla təhlükəsiz almaq olar və bütün ən son oyunları oynaya bilər.

“Yeni iPhone 16”nın buraxılışına təxminən dörd ay qalıb, lakin şəbəkə artıq 2024-cü il seriyası haqqında kifayət qədər məlumat toplayıb. Pro modellər ölçüləri artacaq və təkmilləşdirilmiş kameralar və batareyalar əldə edəcəklər. Öz növbəsində, əsas modellər  rekord sayda rəng  və  yenilənmiş kamera dizaynı təklif edəcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6765
avatar

Sevinc Fərid

Oxşar yazılar