Murtuz Ələsgərovun cənazəsi Fəxri Xiyabana aparılıb
08 avqust 2012 17:34 (UTC +04:00)

Murtuz Ələsgərovun cənazəsi Fəxri Xiyabana aparılıb

Milli Məclisin keçmiş sədri, tanınmış ictimai-xadim Murtuz Ələsgərovla “Şəhriyar” adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimi başa çatıb. Lent.az-ın məlumatına görə, cənazə dəfn olunmaq üçün Fəxri Xiyabana aparılıb.

“Şəhriyar” adına Mədəniyyət Mərkəzində keçirilmiş vida mərasimində mərhumun ailə üzvləri, Azərbaycanın hökumət və dövlət rəsmiləri, nazirlər, deputatlar, ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxış edənlər Murtuz Ələsgərovun xalq və dövlət qarşısındakı xidmətlərindən, onun yüksək şəxsi keyfiyyətindən danışıblar.
# 538

Oxşar yazılar