Orkide ekzotik bir çiçəkdir. Son zamanlar hər kəsin evində bu çiçəyi görürük. Amma çoxları orkideyə xüsusi qulluq qaydasından xəbərsizdir.
Lent.az orkide çiçəyinə məxsus qulluq qaydasını təqdim edir:
Köklərinə işıq düşə biləcək şəffaf dibçəkdə əkilməlidir.
Həftədə iki dəfə, təmiz, otaq temperaturunda 1 fincan su verilməlidir.
Orkidenin çiçək açmama səbəbi işıq çatışmazlığıdır.
Orkide çiçəyinin qabını üç ildən bir daha böyük bir dibçəyə köçürmək məsləhətdir.
Ev şəraitində yetişən orkide əlavə rütubətdən faydalanır.
Orkide tropik bir bitkidir. Çiçəyin optimal otaq temperaturu 20-25 ° C olmalıdır.