Ağıllı insanların evlərində  bu 10 şey var:   Ona görə uğurludurlar
19 sentyabr 2025 18:57 (UTC +04:00)

Ağıllı insanların evlərində bu 10 şey var: Ona görə uğurludurlar

0

Bəzi insanlar evlərini sadəcə gecələmə və istirahət yeri kimi qəbul edir. Digərləri isə əksinə.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, psixoloqların fikrincə, evdəki müəyyən əşyalar insanın intellekt səviyyəsi barədə çox şey deyə bilər.

Kitab rəfi və ədəbiyyat

Əgər evdə zəngin kitab polkaları varsa və burada bədii ədəbiyyat, publisistika, elm və incəsənətə aid əsərlər yer alırsa, bu, sahibinin yüksək intellekt göstəricisi hesab olunur.

İncəsənət nümunələri

Rəsmlər, heykəlciklər və maraqlı dekor əşyaları geniş dünyagörüşə işarədir. Psixoloqlar bildirirlər ki, incəsənətə maraq hər zaman savadlılığın əlaməti olub.

Hobbi üçün materiallar

Yüksək intellektli insanlar yalnız işlə kifayətlənmir, əlavə məşğuliyyətlərə də vaxt ayırırlar. Modelləşdirmə, toxuculuq, rəsm və ya başqa hobbilər insanın inkişaf etmək istədiyini göstərir.

Tapmacalar və oyunlar

Krossvord, sudoku, Rubik kubu və digər baş sındırıcı tapmacalara maraq da intellektin göstəricisi sayılır. Belə insanlarla söhbət həmişə maraqlı olur.

Çiçəklər

Çiçəklərə qulluq edən şəxs qayğıkeş və məsuliyyətli olur. Evində müxtəlif bitkilər yetişdirən insan həm də bioloji marağa sahib olur.

Musiqi alətləri

Gitara, pianino və ya keyfiyyətli musiqi sistemi də ev sahibinin zövqlü və intellektual biri olduğunu göstərir.

Şəxsi gündəlik

Ağıllı insanlar fikirlərini itirməmək üçün tez-tez dəftərlərə yazır. Belə qeydlər sadəcə siyahı yox, dərin düşüncələrin əksi olur.

Stolüstü oyunlar

Stolüstü oyunlara maraq intellektual əyləncəyə üstünlük verildiyini göstərir. Bu, insanın düşünmə və analiz qabiliyyətini gücləndirən məşğuliyyətlərdəndir.

Çay və qab kolleksiyası

Ağıllı insanlar çayı rituala çevirir, nadir çay növləri və xüsusi dəstlərlə təqdim etməyə üstünlük verirlər.

Təmizlik

Ən vacib nüans isə evin təmizliyidir. Psixoloqlar bildirir ki, istər yaradıcı qarışıqlıq, istərsə də pedantik səliqə olsun – ağıllı insanlar çirk və xaosa dözmürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar