Şəhər mənzillərindən birində 83 yaşlı qadının və 59 yaşlı oğlunun cəsədlərinin tapılması Naberejnıye Çelni sakinlərinin qarşısına dəhşətli bir mənzərə çıxarıb.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, mənzil sahiblərinin ölüm səbəbi hələ ki məlum deyil. Lakin məhkəmə ekspertləri cəsədlərin artıq çürüməyə başladığını müəyyənləşdiriblər.
Yaşlı qadının yeriyə bilmədiyi, şəkərli diabetli oğlu tərəfindən baxıldığı bildirilir.
Otaqda ölənlərin bir ev heyvanı da tapılıb. Yeməksiz qalan pişik qadının əlini gəmirib.
Bənzər bir hadisə əvvəllər Omskda baş vermişdi. Orada ac pişiklər mərhum sahibi gəmirərək bir-birlərini yeməyə başlamışdılar.