ABŞ-da zorlamada ittiham olunan 4 qaradərilinin 72 ildən sonra günahsız olduqları ortaya çıxıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Florida hakimi 1949-cu ildə bir yeniyetməyə təcavüz etməkdə günahlandırılan “Qrovlend dördlüyü”nə bəraət qazandırıb.
Ancaq sözügedən insanlardan 3-ü bu qərarı görə bilməyib. Belə ki, Ernest Tomas hadisədən qısa müddət sonra edam olunub, Samuel Şepherd məhkəməyə gedərkən polis tərəfindən öldürülüb, Çarlz Qrinli 2012-ci ildə vəfat edib. Yalnız Valter İrvin 1954-cü ildə edamdan çətinliklə xilas olunaraq ömürlük həbs olunub.