Yetim uşaqlara pul yığmaq üçün 2100 km qaçdı
02 mart 2024 12:04 (UTC +04:00)

Yetim uşaqlara pul yığmaq üçün 2100 km qaçdı

Böyük Britaniyalı idmançı taylandlı uşaqlar üçün 2100 km-lik xeyriyyə qaçışını başa vurub. Bu barədə “The Thaiger” məlumat yayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, yanvar ayında Kris Russell özünün “Run Thailand 2100 KM” xeyriyyə layihəsinə başlayıb. O, yarış zamanı toplanan pulu Tayland uşaq evlərinə və məktəblərinə bağışlamaq niyyətində olub və ən azı 5 min funt sterlinq toplamağa ümid edib.

50 gün ərzində Kris bütün Taylandı şimaldan cənuba qaça bilib. Yarış yanvarın 10-da Çianq Ray əyalətində başlayıb və cənubdakı Yala əyalətinin Betonq şəhərində başa çatıb.

Martın 1-də Russell Facebook-da missiyasının uğurla başa çatmasından danışıb. Bu müddət ərzində o, təxminən 5,5 min funt-sterlinq qazana bilib. Lakin bu pulu hansı təşkilatların alacağı hələ məlum deyil.

Britaniyalı yarış zamanı dəyərli təcrübə qazandığını və mənzərələrdən tam həzz aldığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3465
avatar

Oxşar yazılar