Zəlzələ Sakit okeanın dibi altında, Yaponiyanın Hokkaydo adasının şimal-şərq sahillərində baş verib.
Lent.az xəbər verir ki, yeraltı təkanların maqnitudası 6,1 bal olub.
Yaponiyanın Meteorologiya İdarəsinin – eyni zamanda ölkənin seysmoloji xidməti funksiyasını yerinə yetirən qurumun məlumatına görə, sunami təhlükəsi yoxdur.