ABŞ Dövlət Departamenti «Allahın müqavimət ordusu»nun və Uqanda qiyamçılarının lideri Cozef Koni barəsində xəbər verənə 5 milyon dollar mükafat veriləcəyini bildirib
Bu qrupa qarşı mübarizə aparmaq məqsədi ilə Afrika Birliyi Uqandaya yüz amerikalı hərbi müşavirin yardım etdiyi 5 min hərbçi gönədirib.
Onun bir müddət öncə Mərkəzi Afrika Respublikasında olduğuna dair xəbərlər yayılmışdı.Ancaq bu ölkədə dövlət devrilişi olduğundan onun axtarışı dayandırılıb.
Mərkəzi Afrika Respublikasının yeni hakimiyyəti Afrika Birliyi ordusu ilə əməkdaşlıqdan imtina edib.
Beynəlxalq Məhkəmə Koni və qiyamçıların daha bir neçə komandirini insanlığa qarşı 33 cinayətdə ittiham edir.
Coxzef Koni 2012-ci ilin martında «KONY2012» filmi sosial şəbəkədə yayıldıqdan sonra məşhurlaşıb. Bu film Uqanda ərazisində də nümayiş etdirilib. Ölkədə buna münasibət birmənalı olmayıb.
Film açoli tayfasından olan bir oğlanın taleyindən bəhs edir. Qiyamçılara qoşulmaqdan imtina etdiyi üçün qardaşı qətlə yetirilib.
Cozef Koni 1987-ci ildən Uqanda hakimiyyətinə qarşı qiyamın başçısıdır. Onun meşədə gizləndiyini, öz yaraqlıları ilə birlikdə Mərkəzi Afrika Respublikası, Cənubi Sudan və Konqo Demokratik Respublikasına köç etdiyi haqda xəbərlər yayılır.