Türkmənlərin yaşadığı qəsəbə İŞİD-dən azad edildi
01 may 2016 15:44 (UTC +04:00)

Türkmənlərin yaşadığı qəsəbə İŞİD-dən azad edildi

İraqda türkmənlərin yaşadığı Əl-Bəşir  qəsəbəsi İŞİD-dən azad edilib.

 

APA-nın İraqın “Almada Press” agentliyinə istinadən verdiyi məlumata görə, şiə könüllülər, türkmən bölükləri və kürd peşmərgələr Kərkükün cənubunda yerləşən Əl-Bəşir qəsəbəsini  İŞİD-dən azad edib.

 

Əməliyyat zamanı ən azı 60 terrorçu öldürülüb. İŞİD məhz bu qəsəbədən qonşuluqda yerləşən Taz şəhərinə zəhərli mərmi başlıqları ilə zərbələr endirib. Nəticədə yüzlərlə insan xəsarət alıb, 3 uşaq həyatını itirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar