Cənubi Koreyada cərrah xəstənin cinsiyyət orqanını səhvən kəsdiyinə görə cərimələnib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Kannam rayonundakı klinikada baş verib. 35 yaşlı pasiyent oraya süni implant qoydurmaq üçün müraciət edib. Bu, onun üçüncü oxşar əməliyyatı idi və məhz buna görə əvvəlki implant kavernoz cisimlərlə (ereksiya zamanı qana dolan əsas strukturlarla) bitişmişdi.
Disseksiyanın (toxumaların kəsilməsi) gedişində həkim orqanı üfüqi şəkildə kəsib. Nəticədə sağ və sol kavernoz cisimlər tamamilə zədələnib, eləcə də uretranın keçdiyi süngəri cisim demək olar ki, tamamilə kəsilib. Həkim zərərçəkəni şəxsən təcili yardım üçün daha böyük xəstəxanaya aparsa da, orqanın funksiyalarını bərpa etmək mümkün olmayıb. Pasiyent daimi tibbi nəzarətə möhtacdır.
2024-cü ilin yanvar ayında həkim 24,63 milyon von məbləğində kompensasiya ödəməyə məcbur edilib, lakin o, apellyasiya şikayəti verib.
Məhkəmənin qeyd etdiyinə görə, pasiyent erektil disfunksiya və sidik ifrazı ilə bağlı risklər barədə xəbərdar edilməyib. Əgər o, mümkün fəsadlardan xəbərdar olsaydı, yəqin ki, əməliyyatdan imtina edərdi.