Tacikistanın Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəki səfir Yuri Popova eira notası təqdim edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, buna səbəb kimi Rusiya baş nazirinin müavini Dmitri Roqozin və Dumanın üzvü, Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin Tacikistana qarşı aşağılayıcı çıxışları göstərilib.
Rusiya telekanallarından birindəki verilişdə Jirinovski deyib ki, Rusiya bu ölkənin mühacirlərindən imtina etsə o zaman «əfqan islamçılar Tacikistanı ayaqlayar» və prezident İmaməli Rəhmanı asarlar.
Bir müddət öncə Roqozin bildirmişdi ki, Tacikistan vətəndaşları Rusiyaya qatarla, daxili pasportla gəlirlər.
Etiraz notasında bildirilib ki, Jirinovskinin çıxışı «gerçəkliyi əks etdirmir, böhtan, təhqir, qeyri-dostluq xarakterli» olub, nəinki İ.Rəmanı, bütün xalqı təhqir edib.
Diplomatik məktubda o da vurğulanıb ki, Rusiyaya səfər edən Tacikistan vətəndaşları xarici pasportla bilet alıb, gedir, başqa sənədlə sərhədi keçmək mümkünsüzdür.