Şimali Koreyanın nüvə başlıqları yararsızmış
07 aprel 2013 05:01 (UTC +04:00)

Şimali Koreyanın nüvə başlıqları yararsızmış

Hazırda Pxenyanın 8 ədəd nüvə бaşlığı var.Ancaq çox iri olduğundan onları quraşdırmaq mümkün deyil.

 

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə “Rossiya 24” telekanalı xəbər verib.

 

Buandan başqa rəsmi Pxenyanın çağırışlarına baxmayaq, xarici diplomatlar da Şimali Koreyanı tərk etməyə tələsmir.  

 

Qeyd edək ki, aprelin 5-də ölkənin şərq sahilinə sayca ikinci ballistik raketini yerləşdirilib. Həmin gün diplomatik nümayəndəliklərə və humanitar təşkilatlara şəxsi heyətlərini təxliyə etmək tövsiyə olunub. Rəsmi Pxenyan bildirib ki,  “hərbi vəziyyət” zamanı əcnəbilərin təhlükəsizliyinə zəmanət vermək mümkünsüzdür.  

 

Ekspertlər hesab edir ki, aprelin 15-də, Kim İr Senin ad günü münasibəti ilə Pxenyan orta mənzilli raketlərin sınağını keçirə bilər. Bununla belə çoxları KXDR-in bəyanatlarını sadəcə psixoloji həmlə hesab edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1100

Oxşar yazılar