Şimali Koreya yenidən ABŞ-a atom zərbəsi endirməyə hazır olduğunu bəyan edib.
Lent.az-ın Rusiyanın NTV telekanalına istinadən verdiyi məlumata görə, Şimali Koreya şərq sərhədlərində orta mənzilli “Musudan” raket komplekslərini də yerləşdirib.
Bu raketlər 3 min kilometr məsafədəki hədəfi vurmağa qadirdir. Başqa sözlə, ABŞ-ın Yaponiya və Quam adasındakı hərbi bazaları “Musudan” raketlərinin hədəfindədir.
Bu arada Şimali Koreyada vətənpərvər ruhu yüksəltməyi nəzərdə tutan tədbirlər seriyası da davam edir. Bir milyondan çox insan aksiyalara “Əziz marşal Kim Çen İni qorumaq üçün özümüz canlı bomba olarıq!” şüarı ilə çıxırlar. Onlar bəyan ediblər ki, “sevimli marşaldan əmr gələn kimi “canlı bomba” olmağa hazırdılar.