Serbiya prezidenti Bosniya müsəlmanlarından üzr istəyib
25 aprel 2013 21:33 (UTC +04:00)

Serbiya prezidenti Bosniya müsəlmanlarından üzr istəyib

0

Serbiyanın prezidenti Tomislav Nikoliç Bosniya televiziyası vasitəsi ilə keçmiş Yuqoslaviya dağılan zaman serblərin törətdiyi bütün cinayətlərə, o cümlədən Srebrenitsa da 8 min bosniyalı müsəlmanın qətlinə görə üzr istəyib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bununla belə Nikoliç bosniyalı müsəlmanların qırğınını soyqırım adlandırmayıb.

 

Bunun əvəzində Serbiyanın dövlət başçısı bildirib ki, diz çökərək, üzr istəməyə hazırdır.

 

Son illər Serbiyanın dövlət rəsmiləri tərəfindən bağışlanma bəyanatı tez-tez verilir. Ancaq Nikoliç ilk dəfədir üzr istəyir.

 

Əvvəllər  o, ultra miliyyətçi siyasi hərəkata – Radikal Serb Partiyasına başçılıq edib.

 

Xatırladaq ki, Srebrenitsadakı qırğın BMT-nin Haaqadakı Beynəlxalq məhkəməsi tərəfindən soyqırım olaraq, tanınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 766

Oxşar yazılar