Seneqalın keçmiş prezidentinin oğluna bir milyardlıq iddia
18 aprel 2013 07:18 (UTC +04:00)

Seneqalın keçmiş prezidentinin oğluna bir milyardlıq iddia

Seneqalın keçmiş prezidenti Abdulay Vadın oğlu Kərim Vad  korrupsiyada ittiham olunub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onun həbsinə order verilib.

 

Atasının 12 illik hakimiyyəti dövründə o, qanunsuz olaraq, bir milyard dollardan artıq pulu almaqda şübhəli bilinir.

 

Atası prezident olanda o, hökumətdə bir neçə vəzifəni tutub. Büdcənin dövlət xərcləri hissəsinin 3-də biri onun əlində olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 591

Oxşar yazılar