Hollandiyalı diplomat Raymond Puteray Rusiyanın xeyrinə casusluqda ittiham olunaraq, 12 müddətinə azadlıqdan məhrum edilib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hakim bildirib ki, 61 yaşlı diplomat Rusiyaya siyasi və müdafiə xarakterli gizli sənədlər ötürüb.
Bununla yanaşı hakimi əlavə edib ki, Raymond Puteray bu yolla əldə etdiyi pula borclarını ödəyib və həmin vəsaitin böyük bir hissəsini özünü lüks həyatına sərf edib.
İstintaqın qənaətincə, o, casusluq etdiyi müddətdə 72 min avro pul alıb.
Mənbə bildirib ki, Amsterdamdakı konsulluq xidmətinin keçmiş diplomatını ötən ilin yazında Sxipol hava limanında həbs ediblər.
Almaniyada Andereas və Heydrun ailəsi həbs edildikdən sonra Niderland krallığının xüsusi xidmət orqanları Puteraya çıxıblar. Onlar da Rusiyanın xeyrinə casusluqda ittiham edilib. Məlum olub ki,bu ailəyə də sənədləri Puteraya ötürürmüş.
Hollandiyada Puteray ilə bağlı məsəsləni ölkənin çağdaş tarixində ən böyük casusluq hadisəsi sayırlar.