Rusiyadakı azərbaycanlı miqrantların sayı açıqlandı: 599 min
08 aprel 2013 14:58 (UTC +04:00)

Rusiyadakı azərbaycanlı miqrantların sayı açıqlandı: 599 min

0

 

 Rusiyada 10,5 milyon nəfər miqrant yaşayır və fəaliyyət göstərir.


APA-nın “RİA Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Dövlət Federal Miqrasiya Xidmətindən bildirilib ki, miqrantlardan 2,5 milyon nəfəri Özbəkistandan, 1,3 milyon nəfəri Ukraynadan, 1,1 milyon nəfəri Tacikistandan, 599 min nəfəri isə Azərbaycandan gələnlərdir.

 

Federal Miqrasiya Xidmətinin rəis müavini Anatoli Fomenko bildirib ki, miqrantlardan təxminən 7 mini rus dili üzrə testlərdən keçib və onlara müvafiq sertifikatlar verilib.

 

Qeyd edək ki, 2012-ci il dekabrın 1-də qəbul olunan qanuna əsasən Rusiyaya gələn əmək miqrantları rus dili üzrə imtahan verməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1080

Oxşar yazılar