Rusiya ABŞ-a nəyə görə təşəkkür edib?
16 oktyabr 2016 16:31 (UTC +04:00)

Rusiya ABŞ-a nəyə görə təşəkkür edib?

 Rusiya Baston marafonunda törədilən terror aktından əvvəl 3 dəfə bu terror aktını törədən Tsarnayev qardaşlarının fəaliyyəti barədə ABŞ-ı xəbərdar edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiya prezidenti Vladimir Putin açıqlayıb.

 

V. Putin deyib ki, ABŞ-ın Bostonda terror aktının qarşısının alınması üçün əməkdaşlıqdan imtina etməsi terrorizmə qarşı mübarizə sahəsində neqativ təcrübə olub: “Mənim tapşırığımla Bostonda törədilən terror aktından əvvəl 2-3 dəfə ABŞ-a Tsarnayev qardaşlarının fəaliyyəti ilə bağlı məlumat təqdim edilib. Əvvəlcə cavab vermədilər, sonra isə ABŞ bəyan etdi ki, öz vətəndaşları ilə özləri “məşğul olacaqlar”. Bir ay, yarım ay sonra isə Bostonda marafon zamanı terror aktı törədildi. Bu da kimin xüsusən terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq etməyə çalışdığını, kimin mövqeyinin düz olduğunu göstərir”.

 

Bununla belə, V. Putin Soçidə Olimpiyada Oyunları zamanı ABŞ və Rusiya xüsusi xidmət orqanlarının uğurlu əməkdaşlıq etdiyini söyləyib və buna onlara təşəkkür etdiyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 329

Oxşar yazılar

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28
Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

Yeni Roma Papası əslən Türkiyənin Kayseri vilayətindəndir - MARAQLI İDDİA

13 may 2025 , 01:41
PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12