ABŞ Cinsi azlıqlar cəmiyyəti Kubanın əfsanəvi lideri, keçmiş dövlət başçısı Fidel Kastronun qardaşı, prezident Raul Kastronun qızına ABŞ hakimiyyəti viza verməkdən imtina edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Mariela Kastro cinsi azlıqların hüquqlarını müdafiə hərəkatının fəallarındandır. O, cinsi azlıqların haqlarını müdafiə hərəkatının mükafatına layiq görülüb. Filadelfiyaya da bu mükafatı almaq üçün gedirmiş.
Cinsi azlıqlar bildirib ki, Mariela bu yaxınlarda BMT-nin Nyu-Yorkda keçirilən tədbirində iştmrak etmək üçün ABŞ-da olduğuna görə, Dövlət Departamenti ona viza verməyib.
Mariela Kastro Havanada yerləşən Kuba Milli seksual təhsil mərkəzinin başçısıdır.