Nyu-York meri Maykl Blumberq bildirib ki, Bostondakı terrorda şübhəli bilinən Cohar Tsarnayev qardaşı Tamerlanla birlikdə Nyu-Yorkada partlayış törətmək istəyirmiş.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Blumberq bildirib ki, bunu Tsarnayev müstəntiqlərə verdiyi iafdədə etiraf edib.
Məlumata əsasən, qardaşlar bomöanı Tayms- Skver meydanına yerləşdirmək niyyətində imişlər. Bu meydan Nyu-Yorkun Manxetten hissəsinin mərkəzindədir. Bu meydan ticarət obyektləri ilə də tanınır. İnsanların daha çox olduğu yerlərdəndir.
Xatırladaq ki, yaralı Cohar Tsarnayev hazırda xəstəxanada nəzarət altındadır.