Aprelin 25-də Rusiya prezidenti Vladimir Putin illik, canlı yayımlanan çıxışında 85 sualı cavablandırıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onun çıxışı 4 saat 47 dəqiqə sürüb.
Müxalifət liderlərindn biri Aleksey Navalnynın məhkəməsinə gəldikdə prezident prosesin obyektiv keçiriləcəyinə əmin olduğunu bildirib.
O, qeyd edib ki, korrupsiyaya qarşı mübarizə aparan insanların «özü büllur kimi təmiz» olmalıdır.
Müxalifətə gəldikdə isə Putin vurğulayıb ki, sistemsiz müxalifət anlayışı yavaş-yavaş aktuallığını itirməlidir.
Britaniyada rusiyalı iş adamı Boris Berezovskyə müəmmalı şəkildə ölmünə gəldikdə isə Rusiya lideri ondan vətənə dönmək xahişi ilə 2 məktub aldığını bildirib.
Bostondakı partlayışlardan danışan prezident Rusiya xüsusi xidmətinin Tsarnayev qardaşları barədə ABŞ-a informasiya verə bilməməsindən təəssüf etdiyini söyləyib.