Suriyada Bəşar Əsəd rejiminin kimyəvi silahdan istifadəsinə ABŞ-da münasibət bildirib.
Lent.az-ın «Assoşieyted press»-ə istinadən məlumatına görə, ölkənin müdafiə naziri Çak Heygel aprelin 25-də bəyan edib ki, ABŞ kəşfiyyatı Suriyadakı hakimiyyətin az miqdarda kimyəvi silahdan istifadə etdiyini təsdiqləyib.
Xatırladaq ki, bir müddət öncə Suriyada müxalifət və hakimiyyət biri-birini kimyəvi silah tətbiqində suçlayıb. Bununla belə bu ittihamlar hələ ki tam təsdiqini tapmayıb.