Moskvada xəstəxanada yanğın: 36 nəfər həlak olub
26 aprel 2013 06:29 (UTC +04:00)

Moskvada xəstəxanada yanğın: 36 nəfər həlak olub

0

Moskva ətrafında psixo-nevroloji  xəstəxanada baş vermiş yanğının qurbanlarının sayı ilkin məlumata əsasən, 36 nəfər çatıb.

 

Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, bu haqda Daxili İşlər Nazirliyinin Dmitrovsk rayonunun poli idarəsi açıqlama verib.

 

İnformasiya vasitələri hüquq-mühafizə orqanlarına istinadən bildirib ki, 12 cəsədi artıq polis aşkarlayıb.

 

Məlumata əsasən, Dmitirovsk bələdiyyəsinin Ramensk qəsəbəsindəki 14 saylı psixo-nevroloji  xəstəxanasında yanğın Moskva vaxtı ilə gecə 3 radələrində baş verib.

 

Mənbə bildirib ki, xəstələrdən ikisini tibbi bacıları xilas edə bilib.

 

Yanğın 6-cı korpusdan, xüsusi rejimli xəstələrin saxlanıldığı yerdən başlayıb. İlkin məlumata əsasən, yanğın baş verəndə həmin korpusda 38 xəstə olub.

 

Olayın baş verməsi səbəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1886

Oxşar yazılar