Moldova parlamentinin sədri istefaya göndərilib
26 aprel 2013 01:11 (UTC +04:00)

Moldova parlamentinin sədri istefaya göndərilib

0

Moldova parlamentinin sədri Marian Lupu istefaya göndərilib.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu tədbirin təşəbbüskarı kommunistlər olub. Gizli səsvermə nəticəsində 100 deputatdan 76-ı Lupunun istefasına səs verib. Kommunistlərlə birlikdə onun vəzifədən getməsini liberal-demokratlar da dəstəkləyib.

 

Artıq keçmiş sədrə qarşı müstəqil deputatlar da səs verib. Kommunistlər və liberal –demokratlar sədrin istefası ilə kifayətlənməyib. Onlar bu yaxınlarda parlamentin təsdiqlədiyi baş prokurorun yenidən seçilməsini, seçki sistemində dəyişikliyin edilməsi təklifinin müzakirə olunmasını tələb ediblər.

 

Müşahidəçilərin fikrincə, parlament sədrinin istefası hakim «Avropaya inteqrasiya uğrunda» koalisiyanın  dağılmasıdır. Lupunun istefaya gönədrilməsinin növbədənkənar parlament seçkisinin keçirilməsinə səbəb olacağı da  ehtimal olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 557

Oxşar yazılar