Makedoniyanın paytaxtı Skopyedə makedoniyalı və albanların törətdiyi iğtişaşlarda 13 polis əməkdaşı daxil olmaqla azı 22 nəfər xəsarət alıb.
Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, etnik makedoniyalılar martın 1-dən ölkə paytaxtı Skopye şəhərində etiraz aksiyaları keçirməyə başlayıb. Narazılıq müdafiə naziri postuna milliyətcə alban olan, 2001-ci ildə etnik münaqişə zamanı separatçı alban qruplaşmasına başçılıq etmiş şəxsin təyin olunmasındadır.
Aksiya martın 2-də davam edib, buna cavab olaraq bir qrup alban piket keçirib. Etirazlar polislə toqquşma ilə nəticələnib. Onlarla etirazçı həbs olunub. Albanlarla makedoniyalılar arasında toqquşmalar qeydə alınmayıb.