Litva parlamentinin mühafizəkarlar fraksiyasının üzvü Mantas Adomenas iyunun 2-də Vilnüsün meri Arturas Zukokasa şəhərin Vinqis parkında “Rus mədəniyyəti günləri”nin keçirilməməsi ilə bağlı müraciət edib.
““Vilnüsdə rus mədəniyyəti günləri”nin keçirilməsini ləğv etməyinizi, bu tədbirin yerinə Ukrayna ilə həmrəylik bayramı keçirməyi təklif edirəm” -deyə, Adomenas bildirib.
Vilnüsün meri hələlik deputatın müraciətinə cavab verməyib.