Kişi bu addımı da atarmış...
21 oktyabr 2013 17:28 (UTC +04:00)

Kişi bu addımı da atarmış...

Həyat yoldaşının soyadını götürən kişi də tapıldı.

 

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ekstremal idman növləri üzrə iki dəfə Rusiyanın ən güclü qadını titulunu qazanmış çelyabinskli Anna Qluşko Moskva vilayətində yaşayan Mixail Suxarevlə ailə qurub.

 

Anna Qluşko Mixail Suxarevi o qədər valeh edib ki, qadının soyadını götürüb və birgə yaşamaq üçün Çelyabinskə gedib. Mixail Suxarev özü də peşəkar idmançıdır. O, idman gimnastikası üzrə ustalığa namizəd, dartınma üzrə idman ustasıdır. Cütlük 2012-ci ildə Moskvada ekstremal idman növləri üzrə turnirdə tanış olub. Dostluq münasibətləri 1 il davam edib, Moskvada görüşüblər. Sonra da bir-birlərindən ayrı yaşaya bilməyəcəklərini anlayıblar...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1892

Oxşar yazılar