"Euronews" telekanalı III Şuşa Qlobal Media Forumundan reportaj hazırlayıb.
Lent.az xəbər verir ki, reportaj "III Şuşa Qlobal Media Forumunda süni intellekt müzakirə mərkəzində" adı ilə yayımlanıb.
Qeyd olunub ki, forumda dünyanın aparıcı xəbər agentliklərinin, texnologiya şirkətlərinin və elmi-tədqiqat institutlarının təmsilçiləri çıxış edərək, süni intellektin inkişafı fonunda yaranan çağırışlar – dezinformasiyanın yayılması, etik standartların müəyyənləşdirilməsi və media savadlılığının artırılması kimi məsələləri müzakirə ediblər.
"Çıxış edənlər sürətlə dəyişən informasiya mühitində medianın dayanıqlığını təmin etmək üçün ölkələr arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu vurğulayıblar. Redaksiya prosesində süni intellektin məsuliyyətli tətbiqi mövzusu xüsusi diqqət mərkəzində olub. Azərbaycan üçün bu forum həm də regionun qlobal informasiya proseslərində artan rolunu nümayiş etdirmək, həmçinin süni intellektə uyğunlaşmaq və media etikasını gücləndirmək öhdəliyini göstərmək baxımından əhəmiyyətli platforma olub", - telekanal vurğulayıb.