Ağstafada maşın gənc oğlanı vurub öldürdü
01 avqust 2025 01:17 (UTC +04:00)

Ağstafada maşın gənc oğlanı vurub öldürdü

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan avtomobil 2004-cü il təvəllüdlü E. Fazıyevi vurub. Gənc oğlan aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.

Məlumata görə, qəzada ölən piyada bir neçə gün əvvəl hərbi xidmətdən qayıdıbmış.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852

Oxşar yazılar