Droqbanın 2005-ci ildəki çıxışı Fil Dişi Sahilində vətəndaş müharibəsini  dayandırıb: o zaman dedikləri
31 iyul 2025 14:08 (UTC +04:00)

Droqbanın 2005-ci ildəki çıxışı Fil Dişi Sahilində vətəndaş müharibəsini dayandırıb: o zaman dedikləri

2005-ci ildə Fil Dişi Sahili komandası Almaniyada keçirilən Dünya Çempionatına vəsiqə qazandıqdan sonra Didye Droqba təsirli çıxış edərək ölkəsinin xalqını birləşməyə, zorakılığı dayandırmağa və ədalətli seçkilər keçirməyə çağırıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o zaman ölkədə vətəndaş müharibəsi gedirdi.

"İvuarlı kişilər və qadınlar, şimaldan və cənubdan, mərkəzdən və qərbdən. Amma bu gün biz sizə sübut etdik ki, bütün Fil Dişi Sahili bir məqsəd üçün birgə yaşaya bilər: Dünya Çempionatına vəsiqə qazanmaq. Siz söz vermişdiniz ki, bu bayram xalqı birləşdirəcək. Bu gün sizdən xahiş edirik, diz çökürük. Bağışlayın, bağışlayın, bağışlayın.

Biz Afrikada bütün sərvətə malik yeganə ölkəyik, belə bir müharibəyə girə bilmərik. Xahiş edirəm, bütün silahları yerə qoyun, seçki keçirin, hər şey yaxşı olacaq. Biz bayram etmək istəyirik". 

Bir həftə sonra atəşkəs elan olunub. Droqbanın çıxışı insanları birləşdirən və o vaxta qədər 1000-4000 nəfərin həyatına son qoyan münaqişəyə son qoyan dönüş nöqtələrindən biri hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 952

Oxşar yazılar