Kanadada yük qatarı relsdən çıxıb
20 oktyabr 2013 04:15 (UTC +04:00)

Kanadada yük qatarı relsdən çıxıb

Kanadanın Albert əyalətində neft məhsulları daşıyan yük qatarı relsdən çıxıb.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, olay yerində yanğın baş verib. Məhsulla dolu üç sistern yanıb. Olay yerindən üzə yaxın insan köçürülüb.

 

 

Mənbə bildirib ki, hadisə Edmonton şəhərindən 80 km qərbdə Geynford yaşayış məntəqəsində baş verib.

 

Qatar «Canadian National» dəmiryol şirkətinə məxsusdur. Hakimiyyət qəzanın baş vermə səbəbini araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667

Oxşar yazılar