Kanada polisi böyük bir terror aksiyasının qarşısını ala bilib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Kanadanın hüquq-mühafizə orqanları bildirib ki, yaraqlılar Nyu-York – Toronto arası işləyən qatara hücum planlaşdırıbmış.
Kanada polisi terrorçuluq fəaliyyətində şübhəli bilinən iki nəfər bu iş üzrə saxlayıb.
Hücum aksiyasına qarşı əməliyyatda ABŞ-ın Federal Təhqiqat Bürosu və Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşları iştirak edib.
Xatırladaq ki, bu terror aksiyasının qarşısı Cohar Tsarnayevə qarşı ittiham aktı fonunda alınıb.
Məlumata əsasən, onların «əl-Qaidə» ilə əlaqədədir. Məsələ ilə bağlı mətbuat konfransında şübhəlilərin adları da açıqlanıb. Şübhəlilər 30 yaşlı Hineb Əsəngər və 35 yaşlı Raid Casərdir. Aprelin 23-də onları məhkəmə qarşısına çıxarılacaq.