Kadırov nazirlərin qarşısında nazirini rinqdə döydü
23 aprel 2013 11:48 (UTC +04:00)

Kadırov nazirlərin qarşısında nazirini rinqdə döydü

0

Çeçenistan prezidenti Ramzan Kadırov gənclər və idman naziri Salambek İsmayılovu rinqdə cəzalandırıb. Lent.az-ın məlumatına görə, bu barədə Kadırovun özü “Instagram”ında yazıb.

 

Kadırov nazirliyə baş çəkərkən, binanın vəziyyətindən narazı qalıb. Prezident əsaslı təmirin təcili – 2 həftə ərzində başa çatdırılmasına göstəriş verib. “Cəza” kimi İsmayılov Kadırovla rinqə çıxmalı olub.

 

“Mən sağdan və soldan zərbələrlə ona izah etdim ki, başla işləmək lazımdır. Nazir öz səhvlərini bu gün axşam düzəltməyə başladı. Bu səbəbdən, dəbilqə geyməsinə icazə verdim. Axı o, sabah işə çıxmalıdır”.

 

Qeyd edək ki, Salambek İsmayılovun “cəzalandırılması” prosesini Rusiyanın əmək və sosial müdafiə naziri Maksim Topilin və Çeçenistanın  əmək naziri Məhəmməd Əhmədov da izləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3898

Oxşar yazılar