İsrailin sabiq baş naziri Bakıya gələcək
04 aprel 2013 10:14 (UTC +04:00)

İsrailin sabiq baş naziri Bakıya gələcək

0

 

İsrailin sabiq baş naziri Ehud Barak Azərbaycana gələcək. Lent.az-ın məlumatına görə, o, mayın 6-8-də Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak edəcək. Xatırladaq ki, Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi,  Nizami Gəncəvi Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə reallaşacaq.

 

Qeyd edək ki, Ehud Barak 2005-ci ildə İsrailin Ynet xəbər agentliyinin apardığı sorğu nəticəsində dünyanın 200 ən nüfuzlu yəhudisindən biri olub. O, həm də Fələstinin ərazi bütövlüyünün tanınmasına cəhd edən yeganə Baş nazir kimi yadda qalıb. 

 

Foruma 50-yə yaxın ölkənin regional və dünya miqyasında tanınan liderləri də qatılacaqlar.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 752

Oxşar yazılar