İranın xarici işlər naziri Əli Əkbər Salehi Ermənistanı bir müddət əvvəl Suriyada “terrorçular”ın xalqa qarşı kimyəvi silah tətbiq etməsini pisləməyə çağırıb.
Lent.az-ın “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, Əli Əkbər Salehi ermənistanlı həmkarı Edvard Nalbəndyana göndərdiyi məktubda yazıb ki, kimyəvi silahın tətbiqindən ziyan çəkmiş bir ölkə olan İran Ermənistanı gələcəkdə belə halların qarşısının alınması üçün bütün səylərini ortaya qoymağa çağırır.
Əli Əkbər Salehinin məktubunu İranın Ermənistandakı səfiri Məhəmməd Reisi çatdırıb.