İran İslam Respublikasının parlament sədrinin müavini Məhəmmədhəsən Əbuturabi İranda «Hay dat» mərkəzinin ofisində təşkil olunmuş tədbirdə çıxış edib. Lent.az-ın Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, Əbuturabi deyib : «Bu gün suriyalıların qanına əli bulaşanların bir zaman ermənilərin qanına əli bulaşıb».
İranda erməni dilində nəşr olunan «Alik» qəzeti bildirib ki, bu tədbirdə vitse-spiker "erməni soyqırımı" ifadəsini işlədib.