Hülya Avşar Ərdoğanın təklifini qəbul etmədi
03 aprel 2013 19:25 (UTC +04:00)

Hülya Avşar Ərdoğanın təklifini qəbul etmədi

0

Türkiyənin məşhur müğənnisi Hülya Avşar ölkədə PKK terroruna son qoymaq üçün hökumət tərəfindən yaradılan Aqil İnsanlar Heyətində yer almaqla bağlı təklifi qəbul etməyib.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Hülya Avşar deyib ki, hazırkı mərhələdə prosesi kənardan dəstəkləməyə qərar verib.

 

Çözüm prosesini sona qədər dəstəklədiyini bildirən müğənni qeyd edib ki, mütləq bu prosesdə bir şəxs kimi iştirak edəcək.

 

Qeyd edək ki, Aqil Adamlar Heyəti Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın şəxsən seçdiyi 53 nəfərdən ibarətdir. Onların arasında müğənni Orhan Gəncəbay, aktyor Kadir İnanır kimi sənətçilər də var. Heyətin tərkibi bu gün açıqlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2492

Oxşar yazılar